Bakıda "Xalça diyarına səyahət" uşaq festivalı keçirilib- Video

10 Dekabr 2019 15:59

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə "Xalça diyarına səyahət" uşaq festivalı keçirilib. Festival muzeyin uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunub. 

Festival çərçivəsində uşaqlar üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə oyun, ustad dərsləri təşkil olunub. İştirakçılar  ''Xalçaların bəhsi'' və başqa kukla tamaşalarını izləyib, eləcə də ustad dərslərinə qatılaraq suvenir xalça, rəngli boyalarla müxtəlif oyuncaqlar hazırlayıblar. 

Festival boyu uşaqlar xalça diyarına səyahət edərək Azərbaycanın qədim xalçaları ilə tanış olub, onlar haqqında məlumatlar əldə ediblər.