“Azerbaijan Open” Beynəlxalq Karate çempionatında 400-dən çox idmançı iştirak edib- Video

10 Dekabr 2019 16:00

“Azerbaijan Open” Beynəlxalq Karate çempionatı gərgin və maraqlı mübarizə şəraitində keçib. Müxtəlif idman klublarını təmsil edən 400-dən çox idmançı qalibiyyət uğrunda tatamiyə çıxıb. Çempionata İtaliya, İran və Qazaxıstan idmançıları da qatılıb. Yarışın ilk günündə 6-12 yaş, ikinci günündə isə 12-18 yaş kateqoriyasına aid idmançılar qarşılaşıblar. Turnirin sonunda qalib idmançılar diplom və mükafatlarla təltif olunub.