Xaçmazda “Peşə təmayüllü sinif” yaradılıb- Video

10 Dekabr 2019 16:11


Pilot sinifdə 20 şagird təhsil alır. Bunlardan 10 nəfəri xidmət sahələrinə, aşpazlıq, ofis işi, qənadçılıq, otelçilik , 10 nəfəri isə kənd təsərrüfatına aid olan müvafiq bilik və bacarıqlara yiyələnirlər. Şagirdlərə peşə təhsili ilə yanaşı, təhsil proqramına uyğun olan dərslər də tədris olunur. Pilot siniflər Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlıqları ilə təmin edilib.


Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün həmçinin sürücülük kurslarının tədrisi planlaşdırılıb. Həmin siniflərdə təhsil alan şagirdlərə sürücülük vəsiqəsi almaq imkanı da yaradılacaq. Şagirdlərə həftənin üç günü tədris proqramına uyğun dəslər, iki gün isə ixtisasa uyğun layihələr öyrədilir.


2019-2020-ci tədris ili üzrə Xaçmazla yanaşı, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Salyan, Biləsuvar, Ş,əki Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 təhsil ocağında peşə təmayüllü siniflər təşkil olunub. Hazırda ölkə üzrə 20 peşə təmayüllü siniflərdə 420 nəfər şagird təhsil alır.