10 dekabr dünyada futbol günüdür- Video

11 Dekabr 2019 14:42

Xaçmazın “Üçgün” futbol komandası qızlardan təşkil olunub. Heyətdə 20 futbolçu var.   

Azrəbaycanın Qızlardan İbarət Milli Futbol komandasının heyətinə oyunçu seçimləri aparılır. “Üçgün” komandasının 5 üzvü də baxışa cəlb edilib. Seçimlərdən uğurla keçən futbolçu qızlar yığma komandada oynamaq imkanı qazanacaqlar.

Futbol XIX əsrin ikinci yarısında İngiltərədə yaranıb. Oyunun ilk qaydaları da 1847-ci ildə elə bu ölkədə qəbul olunub. Həmin vaxta qədər hər komanda oyunu öz qaydaları əsasında idarə edirdi. Bu isə çoxsaylı problemlərə səbəb olurdu. 1863-cü ildə müzakirələrdən sonra İngiltərə Futbol Federasiyasının bir sıra qaydaları da qəbul edilib. Eyni zamanda qapının və meydanın ölçüləri təsdiq olunub.

Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. İlk rəsmi çempionat isə 1911-ci ildə Bakıda keçirilib.