Uşaqlara Yeni il hədiyyələri alarkən nələrə diqqət edilməlidir? - Video

11 Dekabr 2019 14:45

Dükan və mağazalarda uşaqlar üçün rəngarəng, bəzəkli Yeni il hədiyyələri satılır. Əksər qutuların içində şirniyyatlar olur. Bayram bağlamalarının içindəki məhsullar keyfiyyətsiz və ya istifadə müddəti ötmüş də ola bilər. Buna görə də hədiyyə alarkən diqqətli olmalıyıq. Bəs qutulardakı məhsulların keyfiyyətli olub-olmadığını necə bilmək olar?

Balaca dostumuz Fatimə də yeni il hədiyyələrini çox xoşlayır. Qutunun içindən çıxan konfetləri, şirniyyatları həvəslə yeyir.  

Valideynlər yeni il bağlamalarını evdə özləri də hazırlaya bilərlər. Boş qutuları alıb içinə istədiyiniz şirniyyatları doldura bilərsiniz. Bu halda məhsulların keyfiyyətindən əmin olursunuz.