Uşaqlara yol hərəkəti qaydaları izah olunub- Video

13 Dekabr 2019 15:09

Quba rayon Uşaq Gənclər İnkişaf mərkəzində “Uşaqlar və Yol Hərəkəti Təhlükəsizliyi” adlı marifləndirici tədbir keçirilib. Tədbir Quba rayon təhsil şöbəsi və Quba rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Çıxış edənlər uşaqları yollarda ehtiyyatlı olmağa səsləyib və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyyə ediblər.