Məktəbəqədər hazırlıq qruplarının məşğələləri başlayıb

02 Oktyabr 2018 12:40


Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqları məktəb təliminə hazırlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Bu qruplara həftədə 4 gün, gün ərzində isə 3 məşğələ keçilir. Bir məşğələnin müddəti 30 dəqiqədir. Azyaşlılara “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və  “Fiziki mədəniyyət” məşğələləri keçilir. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir. 2018-2019-cu dərs ilində məktəbəhazırlıq proqramı ölkəmizdəki bütün 5 yaşında olan uşaqların 75 %-ni əhatə edir. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.