Uşaqlarda diş həkimi qoruxusunun qarşısını necə almaq olar?- Video

16 Dekabr 2019 09:50

Əksər uşaqlar diş həkiminə getməkdən çəkinir. Diş həkimindən qorxmaq stomatofobiya adlanır. Hər on uşaqdan doqquzunda bu hala rast gəlmək mümkündür. Qorxunu aradan qaldırmaq üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. Həkimə getməzdən əvvəl orda olacaq hadisələr balacaya izah edilməli, psixoloji hazırlıq aparılmalıdır. Hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır.

Uşağa "dişiin heç ağrımayacaq" deyib aldatmaq müalicəni çətinləşdirir. Ona görə də reallığı izahı etmək daha doğru variantdır. Həmçinin stomatoloji müayinə üçün seçilən məkanda uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır.

Son vaxtlar uşaqlar arasında ən çox rast gəlinən ağız boşluğu xəstəlikləri diş çürüməsi və kariyesdir.

Dostlar unutmayaq ki, dişlərimizin sağlam olması üçün onları gündə iki dəfə fırçalamalıyıq. İldə iki dəfədən az olmamaq şərti ilə diş müayinəsindən keçmək və həkimə müraciət etmək də əsas şərtlərdən biridir.