Skripka musiqi aləti haqqında nələri bilirik?- Video

16 Dekabr 2019 09:51

Skripka kamanla çalınan simli musiqi alətidir. Bu musiqi aləti XVI - XVII əsrlərdə italyanlar və fransızlar tərəfindən hazırlanaraq təkmilləşdirilib. Skripka özünəməxsus səs rənginə sahibdir. Bu alətdə müxtəlif janrlarda olan musiqilər ifa olunur. Həm klassik Avropa musiqisi, həm Şərq musiqiləri skripkada özünəməxsus səslənir.

Skripka orkestr və instrumental ansamblların tərkibində əsas alətlərdən biridir. Eyni zamanda solo alət kimi də ifaçılıqda mühüm yer tutur.

Bir çox Azərbaycan bəstəkarları skripka aləti üçün əsərlər bəstələyib. Bunlara Üzeyir Hacıbəyli, Qara Qarayev, Rauf Hacıyev, Azər Rzayev və digərlərini misal göstərə bilərik. Dahi bəstəkar Üzeyir Hacıbəyli Qori Seminariyasında təhsil alarkən  musiqi aləti  kimi məhz skripkanı seçib. Hətta “Leyli və Məcnun” operasının premyerasında birinci skripkada özü çıxış edib.