Bakıda məktəbli qız beynəlxalq müsabiqənin qalibi olub- Video

16 Dekabr 2019 09:58

Leyla Qədimli Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan beynəlxalq müsabiqənin qalibi olub. O, “Millətin qızılı” adlı çoxjanrlı incəsənət müsabiqəsində  “Sarı gəlin” rəqsini təqdim edib.  İstedadlı  məktəbli uğurlu çıxışına görə I dərəcəli diploma layiq görülüb.

Leyla Bakı şəhər 279 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. O məharətlə rəqs etməklə yanaşı, dərslərini də yaxşı oxuyur.

“Millətin qızılı” müsabiqəsi  9-14 yaşlı uşaqlar arasında keçirilib. İstedad yarışmasında müxtəlif  ölkələrdən olan məktəblilər iştirak edib. Hazırda Leyla Türkiyədə keçiriləcək  müsabiqəyə hazırlaşır.