Kitabxana ədəbiyyatlarından necə istifadə olunmalıdır?- Video

18 Dekabr 2019 08:56

Mütaliə həvəskarı olan əksər məktəblilər kitabxanadan müxtəlif ədəbiyyatlar alırlar. Bəzi qaydalar var ki, bütün oxucular onlara riayət etməlidir. Çünki, kitabxanadakı kitablar tək bir nəfərin deyil, hamının istifadəsi üçün nəzərdə tutulub. Bəs kitabxana ədəbiyyatlarından necə istifadə olunmalıdır? Oxucular mütaliə etdikləri kitabları neçə gün ərzində qaytarmalıdırlar?

Kitabxanaçı Gülşən Ahmatova deyir ki, ədəbiyyatlar oxuculara verilməzdən əvvəl düzgün istifadə qaydaları izah olunur. Əgər oxucu kitabı cırıbsa və ya əzibsə ona xəbərdarlıq edilir.

Dostlar, kitabı əzmək, yazmaq olmaz. Səhifələri yadda saxlamaq üçün əlfəcindən istifadə edin. Kitabı yemək və çay stolundan kənar saxlayın. Çünki, o kirlənə, sıradan çıxa bilər. Oxuyandan sonra kitab rəfinə və ya çantaya qoyun. 

Kitabxanaya yeni üzv olan oxuculara maksimum 2 kitab verilir. Əgər oxucu həmin ədəbiyyatları vaxtında və səliqəli kitabxanaya təhvil verərsə sonra ona yeni əsərlər verilir.