Uşaqları mövsümi xəstəliklərdən necə qoruyaq?- Video

18 Dekabr 2019 09:07

Günəşli günlərin azalması, havaların soyuması ilə bağlı qapalı mühitdə daha çox zaman keçirən usaqlar mövsüm dəyişdiyi vaxtlarda həssas olurlar. Ani temperatur dəyişikliyi, havanın sürətlə soyuması uşaqların tez xəstələnməsinə səbəb olur. Bəs xəstəliklərdən uzaq olmaq üçün nələrə diqqət etmək lazımdır?

Mütəxəssislər məsləhət görür ki, mövsüm dəyişikliyi zamanı uşaqlar gündəlik olaraq açıq havada vaxt keçirməlidilər. Onlar çöldə oyun oynayaraq, gəzintiyə çıxaraq təmiz hava qəbul etməlidirlər. Viruslara yoluxmamaq  üçün gigiyena qaydalarına da diqqətlə əməl olunmalıdır.

Uşaqlar immunitet sistemini gücləndirmək üçün qidalanmaya diqqət yetirməlidir.  Bol vitaminli qidalar - ət və süd məhsulları, meyvə-tərəvəz, həmçinin çoxlu maye qəbul etmək məsləhətdir. Qış mövsümündə geyimə xüsusi fikir vermək lazımdır. Havanı normal keçirən, yun və pambıq  paltarlar geyinmək sağlamlıq üçün faydalıdır.