Zəka oyunları uşaqların məntiqi bacarıqlarını artırır- Video

19 Dekabr 2019 10:14

 Oyunlar uşaqların inkişafında xüsusi rol oynayır. Balacalar oyun vasitəsilə bir-biri ilə ünsiyyət qurur, yeni dostlar qazanır, bacarıqlarını  inkişaf etdirir.  Uşaqların məntiqi bacarıqlarının inkişaf etdirilməsində zəka oyunlarının böyük əhəmiyyəti var.

Məntiqi oyunlar uşaqlarda düşünərək qərar vermə, məsələyə hərtərəfli yanaşma vərdişləri formalaşdırır. Mütəxəssislər məsləhət görür ki,  balacalar üçün həftədə iki dəfə olmaqla müxtəlif zəka oyunları təşkil etmək lazımdır. Uşaq öyrəniləcək materialı oyun zamanı daha tez qavrayır və  yaxşı yadda saxlayır.  

Mütəxəssislər zəka oyunlarını daha çox qrup şəklində oynanılmasını məsləhət görürlər. Bu zaman nəticə  effektli olur.