Uşaqlara Yeni il oyuncaqları alarkən diqqətli olun- Video

19 Dekabr 2019 10:17

2020-ci ilin gəlişi ilə əlaqədar uşaqlar yeni il küknarı bəzəyirlər. Bunun üçün rəngarəng oyuncaqlar alırlar. Hazırda dükanlarda müxtəlif ölçüdə və formada  yeni il küknarları, bayram oyuncaqları satılır. Yeni il aksesuarlarını alarkən onların keyfiyyətinə diqqət etmək lazımdır. Çünki, keyfiyyətsiz oyuncaqlar uşaqlarda allergik və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.

Yeni il küknarlarının və oyuncaqların hansı materialdan hazırlanmasına diqqət etmək lazımdır. Belə ki, əgər onlar əllə sürtülən zaman rəng verirsə, pis qoxu gəlirsə həmin aksesuarları almaq məsləhət görülmür.

Elektriklə işləyən bəzək aksesuarlarında qısaqapanma ehtimalı var. Buna görə də küknarın bəzədilməsində pambıq və digər tezalışan materiallardan hazırlanan aksesuarlardan çalışın istifadə etməyin.