Xaçmazda məktəblilərin əl işlərindən ibarət sərginin açılışı olub- Video

19 Dekabr 2019 10:24

Qış mənzərələri, al-əlvan bəzədilmiş yeni il küknarları, bayram ab-havasını əks etdirən neçə-neçə maraqlı maketlər. Bütün bunlar Xaçmaz şəhər 5 saylı tam orta məktəbin istedadlı şagirdlərinin əl işləridir. Sərgi Dünya Aərbaycanlılarının Həmrəylik günü  və Yeni ilə həsr olunub.

Sərgidə 100 yaxın əl işi nümayiş olunub. Məktəblilər hazırladıqları maketlərdə Yeni ilin gəlişini əks etdiriblər. Qonaqlar əl işlərini maraqla qarşılayıb və bəyəniblər.

Sərginin təşkilində məqsəd uşaqların istedadını üzə çıxarmaq və onları yaradıcı fəaliyyətə həvəsləndirməkdir.

Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunacaq.