Uşaqlar cəsarətsizlik hissini necə dəf edə bilər?

03 Oktyabr 2018 11:09

Dostumuz Vüsal bəzən idman edən zaman, onda ruh düşkünlüyü olur. Qaçış məşğələlərində öz həmyaşıdlarından geri qalır. Beynində heç nəyi bacarmayacağını düşünür. Psixoloq Ülviyə Seyidəliyeva deyir ki,  uşaqlar çətinliyə düşəndə çox vaxt onlarda ruh düşkünlüyü, cəsarətsizlik müşahidə olunur. Hər hansı tapşırığı yerinə yetirməkdə çətinlik çəkirlər. Bu zaman onları tənqid etməkdən çəkinin, əksinə  həvəsləndirməyə çalışın. “Sən bacaracaqsan”, “Sən kifayət qədər güclüsən” kimi  sözlərlə uşaqları ruhlandırmaq lazımdır. Uşaqlarda cəsarətsizlik qorxudan da yarana bilər. Ona görə də balacaları  qorxutmaqla ona qadağalar qoymayın. Çünki, bu uşağın psixologiyasında öz izlərini qoyur.