Azərbaycanda ən güclü küləklər hansı ərazilərdə müşahidə olunur?-Video

20 Dekabr 2019 10:21

Bu gün məktəbli dostlarımızla birgə respublikamızda əsən küləklərlə tanış olacayıq. Uşaqlar  küləyin istiqamətini və sürətini təyin edəcəklər.

Azərbaycanda mövcud olan küləklər 2 qrupa bölünür: müxtəlif hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində yaranan küləklər və yerli şəraitdə yaranan küləklər. Yerli küləklərə xəzri, gilavar, briz, fyon və dağ-dərə küləkləri aiddir.

Küləyin istiqamətini ölçən cihaz flüger, sürətini ölçən cihaz isə anomometr adlanır.

Azərbaycanda ən güclü küləklər Abşeron yarımadası və Qobustan üçün xarakterikdir. Burada küləyin sürəti saniyədə 25-30 metrə çatır, bəzi hallarda isə hətta 40 metri də keçir.