Şagirdlərin qiymətləndirilməsi rəqabət yaradır- Video

20 Dekabr 2019 10:45


Müəllimlər gündəlik dərs prosesində şagirdin fəaliyyətini qiymətləndirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan biri də fəal şagirdlərin adlarının, şəkillərinin yer aldığı lövhələdir. Həmin lövhələr həftənin, ayın, ilin fəallarına görə dəyişir.


Dərsdə yüksək nəticə göstərən, əlaçı şagirdlərin şəkilləri lövhəyə asılır. Bu məktəbləri yaxşı oxumağa, intizamlı olmağa həvəsləndirir.


Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi onlar arasında rəqabət yaradır. Hər birməktəbli istəyir ki, həmin lövhədə şəkli olsun. Bu da onların dərslərə daha məsuliyyətlə yanaşmasına səbəb olur.


Məktəblilərin hər uğuruna qiymət vermək onların  özünə inam hissini  artırır və yeni nailiyyətlər qazanmağa sövq edir.