Dünyanın ən yüksək sürəti- işıq sürəti – Video

20 Dekabr 2019 16:14

İşıq sürəti kainatda müşahidə edilən ən yüksək sürətdir. Bu saniyədə 300 min kilometr qət etmək deməkdir. Hazırda kainatda işığın sürətinə yetişən heç nə yoxdur. İşıq mənbələri təbii və süni olmaqla 2 növə bölünür. Günəş və onun kimi digər ulduzlar təbii işıq mənbəyi, elektrik lampaları isə süni işıq mənbəyidir. Biz işığa toxuna, onu əlimizə götürə bilmirik. İşıq müəyyən kiçik hissəciklərdən ibarətdir.Bu hissəciklərə fotonlar deyilir. Günəşin işığı, ulduzun işartısı, şamın şöləsi - bunlar hamısı fotonların hərəkətidir.

Yer planeti ilə Günəş arasında olan məsafəsi 149.6 milyon kilometrdir. Günəşin şüaları 8 dəqiqə 20 saniyəyə Yerə çatır.Günəş anidən sönsə bundan 8 dəqiqə 20 saniyə sonra xəbərimiz olacaq.Planetimizdən çox uzaqda yerləşən ulduzların işığı yerə yüzlərcə ilsonra çatır. Bizim gördüyümüz hər hansı ulduzun işığı bəlkə dəneçə yüz il əvvəl mənbəyindən çıxan işıqdır.

Bəs işıq indiki sürətindən çox və ya az olsaydı nə baş verərdi? Belə olsaydı əşyaları görməyimizdə çətinlik yaranardı.  Amma  işığın sürətinin yavaşladığı mühitlər də var. Məsələn, suda işıq fotonları daha yavaş yayılır. Orada işığın sürəti saniyədə 225 min kilometrdir.