Onlayn dərslərdən faydalanan şagirdlərin sayı artır- Video

20 Dekabr 2019 16:23


Hazırkı zamanda internetdən bir çox məlumatları əldə etmək mümkündür. Hətta istədiyimiz mövzunu belə axtarış edərək online dərslər, elektron kitablar vasitəsilə öyrənə bilərik. Dostumuz Fəridə deyir ki, o bu üsuldan tez-tez istifadə edərək dərslərini öyrənir.


Fəridə riyaziyyat fənnindən başa düşmədiyi mövzuları təkrar təkrar dinləyərək daha yaxşı mənimsəyir.


Online dərslər vaxta qənaət etməyə imkan verir. Bu sistemeyni zamanda görmə imkanları məhdud və digər xüsusi qayğıya ehtiyacı olan  uşaqlar  üçün xüsusi əhəmiyyətə malikdir.


Müasir dövrdə onlayn təhsil böyük bir inqilaba çevrilib. İnternetin bizə verdiyi imkanlardan istifadə edərək biliklərimizi daha çox artıra, inkişaf etdirə bilərik.