Bakıda “Nəsimi dühası” adlı tədbir keçirilib- Video

21 Dekabr 2019 12:02

Bakı şəhər 6 saylı məktəb-liseydə "Nəsimi dühası" adlı tədbir təşkil olunub. Tədbirdə müəllimlər, müxtəlif sahələri təmsil edən ziyalılar, valideynlər və məktəblilər iştirak edib.

Məktəbli dostlarımız Nəsiminin həyat və yaradıcılığını əks etdirən səhnəciklər, ədəbi kompozisiyalar təqdim ediblər. Eyni zamanda şairin qəzəllərinə bəstələnmiş musiqilər səsləndiriblər. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.

Qonaqlar tədbir haqqında xoş təəssüratlarını bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi Nəsimi irsinə olan böyük hörmət və ehtiramın nümunəsidir.