Virtual oyunlar uşaqların sosiallaşmasına mane olur- Video

23 Dekabr 2019 12:37

Oyun hər bir  uşağın sevimli əyləncəsidir. Balacalar oyun zamanı həmyaşıdları ilə ünsiyyət qurur, yeni dostlar qazanırlar. Həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Lakin müasir dövrün uşaqları daha çox virtual oyunlara meyllidirlər. Virtual oyunlar isə sadaladığımız keyfiyyətlərin formalaşmasında heç bir rol oynamır. Əksinə uşaqları tədricən ətraf aləmdən, ünsiyyətdən uzaqlaşdırır. 

Mütəxəssislər bildirir ki, virtual oyunlar uşaq təfəkkürünü ləngidən birinci amildir. Bu oyunlara aludəçilik heç də yaxşı nəticə vermir. Belə uşaqlar aqressiv olur.

Valideynlər övladlarının oynadığı oyunlara diqqət etməlidir. Onları açıq havaya çıxararaq çöldə həmyaşıdları ilə oynamaqlarına həvəsləndirməlidirlər. Çöl oyunları uşaqların sağlamlığı və sosial inkişafı üçün çox faydalıdır.