Qubada məktəblilər arasında voleybol yarışı keçirilib- Video

23 Dekabr 2019 12:38

Qubada məktəblilər arasında valeybol yarışı keçirilib. Yarışda 48 məktəbin komandası birincilik uğrunda mübarizə aparıb. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə dekabrın əvvəlində start verilib. Bu gün turnirin yarımfinal və final mərhələləri baş tutub.

Finalda Qubanın Barlı və Xucbala kənd tam orta məktəblərinin komandaları qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Xucbala kənd tam orta məktəbinin komandası rəqibini məğlub edərək 1ci yeri tutub.

Yarışda I, II və III yerləri tutan komandalar diplom və medallarla təltif olunub.

Turnirdə Xucbala kənd tam orta məktəbindən sonra Barlı kənd tam orta məktəbi və Quba şəhər 2 saylı təbiət fənlər təmayüllü liseyin komandaları uyğun olaraq 2ci və 3cü yerləri tutublar.