Azərbaycana qış fəsli daxil olub- Video

25 Dekabr 2019 15:34

Dekabrın 22-sində Azərbaycana qış fəsli daxil olub.   Artıq gündüzlər yavaş-yavaş uzanmağa, gecələr isə qısalmağa başlayıb. Qış fəsli 3 aydan ibarətdir. Dekabr, Yanvar, Fevral qış aylarıdır.

Qışda Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də, bu fəsildə soyuq hava müşahidə olunur. Soyuq havanın insan orqanizmi üçün faydası çoxdur. Belə ki, soyuq hava bədəni möhkəmləndirir, gücləndirir və bədənin təbii istiliyini artırır. Qış vaxtı elə bil ətrafda nə varsa yuxuya gedir, təbiət dincəlir və yazqabağı güc toplayır. Bu fəsildə qar yağır. Qar bütün canlılar və təbiət üçün çox faydalı bir yağıntıdır. Qar suyu torpaqdakı kalium, kalsium, dəmir kimi mineralları həll edərək bitkilərin qidalanmasını təmin edir.