Bakının əvəzsiz incisi- Dənizkənarı bulvar- Video

25 Dekabr 2019 16:00

Bakıda Dənizkənarı bulvarın salınması barədə qərar 1909-cu ildə şəhər Duması tərəfindən verilib və parkın tikintisinə başlanılıb. Zaman-zaman bulvarın ərazisində müxtəlif tikililər inşa olunub və ərazisi genişləndirilib. 1998-ci ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə dənizkənarı bulvara "Milli Park" statusu verilib. Bir əsrdən çox tarixi olan bulvar Bakının əvəzsiz incisi, sakinlərin gözəl istirahət və əyləncə məkanıdır.

Hündürlüyü 75 metr olan saat qülləsi bulvardakı maraqlı obyektlərdən biridir. Həm vaxtı, həm havanın temperaturunu, həm də küləyin sürətini göstərir. Dənizkənarı Milli Parkda çoxlu ağac və gül kolları əkilib, yaşıllıqlar salınıb.  Burada xeyli sayda nadir bitki və ağac növləri mühafizə olunur. Ərazidə maraqlı araksionlar var. Elektrobus, fayton və gəmilərlə gəzintiyə də çıx bilərsiz.  

Bakı bulvarı yeni ilə tam hazır vəziyyətdədir. Burada küknar ağacları bəzədilib,  bayram ab-havası yaradılıb.

Dənizkənarı Milli Park  qədim və müasir Bakının mənzərəsinə xüsusi gözəllik qatır. Yaxın gələcəkdə bulvarın ərazisi Bibiheybət və Zığ istiqamətlərinə doğru genişləndirilərək ümumi uzunluğu 25 kilometrə çatdırılacaq.