Ümumtəhsil məktəblərinin təhsil robotları ilə təminatı davam etdirilir

03 Oktyabr 2018 11:23

Təhsil Nazirliyi dərslərdə müasir texnologiyalardan istifadə ilə bağlı  müxtəlif layihələr və tədbirlər həyata keçirir. Həmin layihələrdən biri də  yeni tədris ilində bir çox məktəblərə təhsil robotlarının paylanılmasıdır.Bakı Avropa liseyinin şagirdləri də bu  robotlardan məharətlə istifadə edirlər. Layihə çərçivəsində məktəblərdə informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib. Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlardan və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir.Bakı Avropa Liseyində şagirdlərin informatika fənnini daha dərindən mənimsəməsi üçün 2  ilə yaxındır ki, “Rəqəmsal bacarıqlar layihəsi” də  həyata Robotlardan istifadə şagirdlərin müasir texnologiyalar sahəsində yaradıcılıq qabiliyyətinin inkişafına da müsbət təsir göstərəcək.