Qusarda “Teatr uşaqların gözü ilə” adlı festival keçirilib- Video

25 Dekabr 2019 16:44

 Müsabiqənin keçirilməsində məqsəd uşaqların teatr haqqında təsəvvürlərini genişləndirmək və onlarda bu sahəyə maraq yaratmaqdır. Festival Milli Teatrın yaradılmasının 147 illiyinə həsr olunub.

Müsabiqəyə 200 nəfər yaxın məktəbli qatılıb. Onlar bu yarışmaya böyük həvəslə hazırlaşıblar. Aktyorluq, şən hazırcavablar, rəqs kateqoriyaları üzrə şagirdlərin bacarıq və istedadları qiymətləndirilib. Dostlarımız müsabiqə ilə bağlı təəsüratlarını bizimlə bölüşüblər.

Müsabiqənin sonunda iştirakçılar diplom və medallarla təltif olunub.

Qusarda ilk dəfədir keçirilən festivalın növbəti illərdə də keçirlməsi nəzərdə tutulub.