Xaçmazda görkəmli rəqs ustası Əminə Dilbazinin yubileyi qeyd olunub- Video

27 Dekabr 2019 13:46

Xaçmaz Uşaq İncəsənət məktəbinin kollektivi görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir təşkil edib. Xaçmaz Heydər Əliyev Mərkəzində baş tutan tədbirə rayon ictimaiyyəti, müəllimlər, valideynlər və məktəblilər qatılıb.

Məktəblilər bir-birindən maraqlı, gözəlrəqs kompozisiyaları təqdim ediblər.  Onların çıxışları qonaqlar tərəfindən alqışlarlaqarşılanıb.

Əminə Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. O, Azərbaycan milli rəqs sənətinin qorunub yaşadılmasında və gənc nəslə öyrədilməsində əvəzsiz xidmətlər göstərib. Əminə Dilbazinin oynadığı "İnnabı""Tərəkəmə""Vağzalı""Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Xoreoqrafın repertuarında rus, ukrayna, özbək, ərəb və digər xalqların rəqsləri də yer alıb.