Məktəblilər tətil günlərini necə keçirəcək? - Video

27 Dekabr 2019 13:48

Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni illə əlaqədar məktəblilər 7 gün istirahət edəcəklər. 31 dekabrdan başlayan bayram tətili yanvarın 6-na kimi davam edəcək. Yanvarın 7-si artıq dərslər başlayacaq. Məktəbli dostlarımız istirahət etmək üçün tətili səbrsizliklə gözləyirlər.

Mütəxəssislər bildirir ki, tətil zamanı uşaqlar daha çox dincəlməli, ailəsi və dostları ilə zaman keçirməlidirlər. Maraqlı bədii kitablar oxumaqla, teatra getməklə, film izləməklə istirahət günlərini səmərəli və maraqlı keçirmək olar.

Tətil günlərində gəzintiyə çıxmaq, oyun oynamaq üçün də kifayət qədər vaxt olacaq. Təbiət qoynuna, tarixi məkanlara ekskursiya edə bilərsiniz.