Valideynlər məktəbli övladlarının təhlükəsizliyinə diqqət etməlidir- Video

27 Dekabr 2019 13:49

Faiq ikinci sinifdə oxuyur. Hər gün valideynləri məktəblini dərsə yola salanda müəyyən təhlükəsizlik qaydalarını izah edirlər. Ona yolu necə keçməyi, tanımadığı insanlarla ünsiyyət qurmamağı, yolda yubanmamağı tövsiyə edirlər. Anası Faiqin çantasına ünvanını, kimliyini, əlaqə nömrələrini bildirən vizitka da qoyur.

Dostlar, tanımadığınız şəxslərin sözünə aldanıb avtomobilinə minməyin. Kimsə yolda sizə konfet, şirniyyat təklif edərsə alıb yeməyin. Çünki, bu sağlamlığınız üçün təhlükəli ola bilər.

Valideynlər azyaşlı uşaqlara qarşı diqqətli olmalıdır. Harasa gedib-gələndə onları nəzarətdə saxlamaq lazımdır.  Bu da uşaqların təhlükəsizliyi üçün vacibdir.

Uşaqlar, məktəbdən evə qayıdarkən yolda çox vaxt itirməyin. Çünki, yubansanız valideynləriniz narahat qala bilər. Dərsdən sonra harasa getmək fikriniz varsa öncədən ata-ananıza bu haqda məlumat verin.