Azərbaycan Dövlət Pedaqoji Kollecinin yaranmasının 100 illiyi qeyd edilib- Video

27 Dekabr 2019 13:50


Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ictimai-siyasi xadimlər, ziyalılar, müəllim və tələbə kollektivi iştirak edib. Yubiley mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 1 əsrlik tarixi olan tədris ocağının fəaliyyətini yüksək qiymətləndirib.


Tədbir zamanı kollec haqqında tanıtım çarxı nümayiş olunub. Bildirilib ki, təhsil müəssisəsinin ilk məzunlarının sayı 19 nəfər olsa da, hazırda bu rəqəm ildə təxminən 800-850 nəfərə çatır.