Qubalı məktəbli kartondan müxtəlif maketlər hazırlayır- Video

28 Dekabr 2019 10:43

İstedadlı dostumuz Nicat kartondan müxtəlif maketlər hazırlayır. Onun əl işləri əsasən döyüş texnikalarının maketləridir.

Məktəbli  hər bir maketə xüsusi olaraq ad qoyur. Əl işlərinin ideyalarını çox zaman internetdən götürür.  Bəziləri isə elə öz təxəyyülünün məhsuludur.

Nicat həm də maraqlı rəsmlər çəkir.

Məktəbli dostumuz gələcəkdə dizayner olmaq istəyir. Arzu edir ki, onun dizayn etdiyi  döyüş texnikaları Azərbaycan ordusunda yer alsın.