Həkimlər uşaqlara şəkəri təbii yolla qəbul etməyi məsləhət görür- Video

08 2020 16:57

Uşaqlar konfet, qoğal və digər şirniyyatları çox sevirlər. Amma çox şirniyyat yemək orqanizmə ziyandır. Bəs gün ərzində nə qədər şirin qida qəbul edə bilərik?

Həkim Şəlalə Həmidova deyir ki, çalışmaq lazımdır uşaqlar şəkəri təbii yolla qəbul etsinlər. Belə ki, meyvələrin və bir sıra tərəvəzlərin tərkibində kifayət qədər şəkər var. Ona görə də şokolad, pirojna, tort kimi şirniyyatları azyaşlılarının qida rasionunda  mümkün qədər azaltmaq lazımdır. Həddən artıq şirin qida qəbulu piylənmə və digər problemlərin yaranmasına səbəb olur.

Bəzi valideynlər uşaqlara yeməyi sevdirmək üçün onu şirinləşdirirlər. Mütəxəssislərin fikrincə bu düzgün addım deyil. Yaxşı olar ki, uşaqlar qidanın öz dadını bilsinlər. Körpələr şirniyyata ehtiyaclı doğulmur. Uşaq şirniyyatla nə qədər gec tanış olsa, bir o qədər ondan aslı olmayacaq.