Xaçmazda məktəbəqədər hazırlıq qrupunun uşaqları Yeni il şənliyi keçirib- Video

09 2020 12:28

Xaçmaz şəhər 9 saylı tam orta məktəbin İcma əsaslı Məktəbəqədər qrupunun şagirdləri “Yeni il” şənliyi keçirib. Balaca dostlarımız bayram tədbirinə xüsusi hazırlaşıblar. Tədbirə şagirdlər, müəllimlər və valideynlər qatılıb.

Uşaqların  maraqlı çıxışları bayram şənliyinə xüsusi rəng qatıb. Onlar yeni ilə aid şerlər söyləyib, rəqslər təqdim ediblər.  

Balacaların çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.