Hər həftənin bazar günü "Gəlin birlikdə oynayaq!"

03 Oktyabr 2018 12:49

“ARB Günəş” oktyabr ayının 7-dən etibarən yeni layihənin yayımına start verir. ”Gəlin oynayaq” adlı verilişin hər buraxılışında müxtəlif uşaq oyunları izləyicilərə təqdim olunacaq.  Uşaqlar veriliş vasitəsilə bildiyimiz və unudulmaqda olan “Bənövşə-bənövşə”, ”Hündürə çıxdı”, ”Gizlənqaç” və başqa oyunların qaydalarını elə öz dostlarından öyrənəcəklər. ”Gəlin oynayaq” verilişini hər həftənin bazar günü saat 10:30-da izləyə bilərsiniz.