Respublika İncəsənət Gimnaziyasının şagirdləri bir sıra teatr müsabiqələrində qalib gəlib- Video

09 2020 12:29

Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin tetara böyük həvəsi var. Dostlarımız müxtəlif səhnəcik və tamaşalarda çıxış edirlər. İstedadlı məktəblilər bir sıra müsabiqələrin qalibidilər.

Səhnədə maraqlı obrazlar yaradan uşaqlar təsüratlarını bizimlə bölüşüb, teatra olan sevgilərindən danışdılar. Onlar deyir ki, teatrda tamaşaçı olmaq əyləncəlidir. Sevdiyimiz qəhrəmanları canlandırmaq isə ondan da maraqlıdır. Eyni zamanda məsuliyyətlidir.

Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə deyir ki, gimnaziyada şagirdlərə səhnə mədəniyyəti, düzgün nitq öyrədilir. Onların iştirakı ilə tamaşalar qurulur.