Uşaqlarla aydın və səlis danışmaq onların nitqini inkişaf etdirir- Video

09 2020 12:36

Bəzi uşaqlar  L, R səslərini düzgün tələffüz etmir. Onlar L, R əvəzinə Y deyirlər. Bəs bu nə ilə bağlıdır? Tələffüzdəki qüsuru necə aradan qaldırmaq olar?

Tərbiyəçi Nuranə Daşdəmirova deyir ki, bağçaya gələn uşaqların bir çoxu L, R kimi səslərin tələffüzündə çətinlik çəkir. Belə olan halda tərkibində bu səslərin çox işləndiyi sözlərlə oyunlar təşkil etmək yaxşı nəticə verir.


Mütəxəssislərin sözlərinə görə, uşaqla uşaq kimi danışmaq doğru deyil. Bu balacaların normal danışıq qabiliyyətinin formalaşmasına əngəl yaradır. Hansı yaşda olmasından asılı olmayaraq, uşaqla aydın, səlist danışmaq vacibdir.