Bakıda 117 saylı körpələr evi- uşaq bağçasında Yeni il şənliyi keçirilib- Video

09 2020 12:57

Bakı şəhəri Yasamal rayonu 117 saylı körpələr evi uşaq bağçasında uşaqlar yeni il şənliyinə Şaxta babanın gəlişi ilə başlayıblar. Şaxta baba da balaca dostlarını əyləndirmək məqsədilə maraqlı nömrələr təqdim edib.

Uşaqlar da öz növbəsində rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Sanki nağıl aləminə düşən balacalar məharətlərini nümayiş etdiriblər. Onlar nağıl qəhrəmanlarının obrazını yaradaraq səhnəciklər təqdim ediblər.

Şənlik rəngarəng rəqslərlə davam edib.