Məktəblilər arasında kompüter proqramçısı peşəsinə maraq artır- Video

09 2020 13:42

Dilini bilmədiyimiz insana nəyi isə başa salmaq üçün ya jestlərdən, ya da onun başa düşdüyü dildəki sözlərdən istifadə edirik. Kompüterin də öz dili var - maşın dili.  Bu dil sadəcə ədədlər toplusundanxüsusi kodlardan ibarətdir. Proqramlaşdırma da kodlar əsasında kompüter üçün əmrlərin, təlimatların yazılmasıdır. Məktəblilər arasında proqramlaşdırmaya maraq böyükdür. Şagirdlər informatika dərsində  proqramlaşdırma dillərini öyrənirlər.

Hər hansı məsələni həll etmək üçün komputer dilində kodlar yazılır, alqoritm, yəni əmrlər ardıcıllığı qurulur. İlk baxışda bu çətin görünsə dərindən öyrəndikdə asan olur.

Proqramçı peşəsinə olan maraq və tələbat günü – gündən artır. Ona görə ki, texnologiya inkişaf edir və bir çox proseslər kompüterlə idarə olunur. Kompüter və qurğular isə məhz proqramlar vasitəsilə ilə çalışır.