Qubada 10 yaşlı istedadlı musiqiçi müsabiqələrdə iştirak edib – Video

09 2020 14:03

Bu dəfə sizi istedadlı musiqiçi Məhəmmədəli ilə tanış edəcəyik. Dostumuz Quba Uşaq Musiqi Məktəbinin xanəndəlik sinifində təhsil alır. 10 yaşlı məktəbli xalq və bəstəkar mahnılarını ifa edir.

Musiqi məktəbinin birinci sinifində təhsil alan Məhəmmədəli bir sıra müsabiqələrdə iştirak edib.

Məktəbliyə ifaçılıqla bərabər səhnə mədəniyyəti də öyrədilir.

Xanəndə Əlövsət Səlimov şagirdinin istedadlı musiqiçi kimi yetişməsi üçün əlindən gələni əsirgəmir.

Məhəmmədəli estrada və vokal ifaçıları arasında keçiriləcək “Müslüm Maqomayev gənclərin ifasında” adlı  müsabiqəyə hazırlaşır.