Şabranda şagirdlər Yeni il atributlarından maraqlı əl işləri hazırlayıb- Video

09 2020 14:16

Şabran Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri yeni il atributlarından ibarət maraqlı aplikasiyalar hazırlayıblar.

Dostlar aplikasiya hazırlamaq üçün rəngli kağız, karandaş, qayçı və yapışqan lazımdır. Daha sonra öz fantaziyanıza uyğun fiqurlar düzəldərək rəngli vərəqlərə yapışdıra bilərsiz.

Aplikasiya hazırlayarkən uşaqların əl əməyi, yaradıcılıq bacarıqları inkişaf edir.

Dərnəyin rəhbəri Hacıxanım İsmayılova deyir ki, uşaqların incəsənətə marağı böyükdür. Burda məktəblilər boş vaxtlarını səmərəli keçirirlər.

Məktəblilər hazırladıqları əl işlərini dostlarına hədiyyə etmək niyyətindədilər.