Üfüqün cəhətlərini necə təyin etmək olar?- Video

10 2020 15:16


Üfüqün 4 cəhəti var: Şimal, cənub, şərq və qərb. Bəs bu istiqamətləri necə təyin etmək olar? İndi məktəbli dostlarımız üfüqün cəhətlərini müəyyənləşdirməyi bizə əyani göstərəcəklər.


Üfüqün istiqamətlərini təyin etmək üçün kompas adlanan cihazdan istifadə olunur.  Əgər  kompas olmazsa cəhətləri təbii şəraitə görə müəyyənləşdirmək olar. 


Ağacların əyildiyi istiqamətə əsasən cəhətləri təyin etmək mümkündür. Ağacların budaqları  əsasən cənuba doğru meyl edir.  Onlara diqqətlə baxdıqda cənub tərəfi ayırd etmək olur.


Əgər olduğunuz yerdə ağaclar yoxdursa, bu zaman günəşə görə  cəhətləri təyin edə bilərsiniz.


Dostlar ağacların üzərində yerləşən qarışqa yuvalarına əsasən də səmti müəyyənləşdirmək olar. Soyuqdan qorunmaq üçün qarışqalar yuvanın girişini cənub tərəfdən qoyurlar.