“Çıraqqala” stolüstü tennis klubu oktyabın 22-də Azərbaycan çempionatına qatılacaq

04 Oktyabr 2018 09:45

Şabran şəhərini təmsil edən “Çıraqqala” stolüstü tennis klubu paytaxt Bakıda keçirilən “Liqa” yarışına qatılıb. Yarışa sentyabr ayından start verilib. Bakı, Sumqayıt, Şəki və Şabranı təmsil edən idmançılar üç qrupda mübarizə aparıbar.Nəticədə “Çıraqqala”idmançıları birinci qrupa vəsiqə qazanıb. Yarışda 14 və daha kiçik yaş qrupunda olan oğlan və qızlar mübarizə aparır.Mübarizənin gərgin keçməsinə baxmayaraq, raketka ustaları üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlməyi bacarıb.70 idmançının qatıldığı yarışda, “Çıraqqala” tennis klubunu 10 idmançı təmsil edir. Məşqçi Zakir Cavadov yetirmələrinin bu yarışda qalib gəlməsi üçün səylə çalışır.  “Liqa ” yarışına  oktyabrın sonu yekun vurulacaq. Daha sonra tennisçilər oktyabın 22-də Bakıda keçiriləcək Azərbaycan çempionatına qatılacaq.