Dərsləri yadda saxlamaq üçün mövzuları mütəmadi təkrarlamaq lazımdı- Video

14 2020 10:40

Bəzi məktəblilər oxuduqları yadda saxlamaqda çətinlik çəkir və ya öyrəndiklərini  tez unudurlar. Bəs yaddaşı necə möhkəmləndirmək olar?  Öyrəndiyimiz biliklərin uzun müddət hafizəmizdə qalması üçün nə etməliyik?


Dostlar, təkrar biliyin anasıdır. Dərslərin yadda qalması üçün öyrəndiyiniz mövzuları mütəmadi təkrarlayın. Hər gün həcmi çox da böyük olmayan bir şeir əzbərləməyə çalışın. Daha sonra yoldaşlarınızı toplayaraq əzbərlədiyiniz şeirləri onlara danışa bilərsiz.


Yaddaşı məşq etdirməyin daha bir üsulu isə oxuduqlarınız haqqında qeydlər aparmaqdır.


Yaddaşı gücləndirmək üçün qidalanmaya diqqət etmək lazımdır. Balıq əti, yumurta, dənli və paxlalı bitkilər, ağartı məhsulları, qoz, fındıq və badam kimi meyvələr hafizəni möhkəmləndirir.