Yer planeti haqqında nələri bilirik? - Video

14 2020 10:41


Yer  Günəş sisteminin Günəşdən məsafəsinə görə III, ölçüsünə görə V planetidir. Yaşadığımız Yer kürəsi öz oxu və Günəş ətrafında fırlanır. Planetimiz qərbdən şərqə doğru hərəkət edir və tam dövrəni 24 saata başa vurur. Odur ki, Günəş şüaları Yer səthini şərqdən qərbə doğru meridianlar üzrə işıqlandırır. Azərbaycan, Günəşi ilk görən ölkə olan Yaponiyadan  5 saat gec görür. Ən sonda isə Böyük Britaniya (London şəhəri) Günəşi salamlayır.


Yer Günəş ətrafında tam dövrünü 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə  başa vurur. Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillər yaranır.  Eyni zamanda ən uzun gecə, ən uzun gündüz və gecə gündüz bərabərlikləri müşahidə olunur. Şimal qütbündə qış fəsli olduqda cənub qütbündə yay fəsli olur. Hazırda Avstraliya materikində yay fəslidir. Orada quraqlıq olduğundan irimiqyaslı meşə yanğınları tüğyan edir.  


Gecə və gündüzün növbələşməsi yer səthində isti və soyuğun dəyişməsinə səbəb olur.  Bu da öz növbəsində  bütün canlıların və o cümlədən insanların həyatına təsir göstərir. İnsanların həyat tərzi yerin sutkalıq hərəkətindən asılıdır. Bu hərəkət müəyyən ritmikliyə, yəni dövri olaraq təkrarlanmaya malikdir.


Yerin öz oxu ətrafında fırlanması ideyasını ilk dəfə məşhur fransız alimi Füko 1851-ci ildə təcrübi yolla sübuta yetirib. Alimlər müəyyən edib ki, bütün fırlanan cisimlər kimi, Yer də xəyali fırlanma oxuna malikdir.