Təbiətin qorunmasında qoruqlar mühüm əhəmiyyət daşıyır- Video

14 2020 12:52


Azərbaycanın çox zəngin təbiəti var.  Bitki və heyvanların, təbii sərvətlərin qorunması məqsədi ilə ölkəmizdə qoruqlar, yasaqlıqlar və milli parklar yaradılıb. Belə ki, ölkəmizdə 10 milli park, 11 dövlət təbiət qoruğu, 24  yasaqlıq var.


Qoruq – təbiəti qorumaq, təbiətdə gedən prossesləri öyrənmək üçün xüsusi mühafizə olunan ərazilərdir. Burada özünəməxsus canlı aləmi ilə seçilən bölgələr, məhv olmaq, kökü kəsilmək təhlükəsinə məruz qalan,  həmçinin nadir rast gəlinən bitki və heyvan növləri,  mağaralar, şəlalər, buzlaqlar və digər təbiət abidələri qorunur.


Azərbaycan ərazisində yerləşən Milli parklardan biri də Şahdağ Milli parkıdır. Park 2006-cı ildə yaradılıb. Şahdağ Milli parkı Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının müxtəlif ərazilərini əhatə edir.


Milli parkların ərazisinə icazəsiz giriş və burada ov etmək, ağac kəsmək qadağandır. Şahdağ milli parkına ekskursiya etmək istəyən məktəblilər burada yalnız valideyn nəzarəti altında gəzə bilərlər.