Məktəblilərə yanğın zamanı davranış qaydaları nümayiş olunub- Video

14 2020 12:55

Bakı şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri yanğın  zamanı davranış qaydalarını öyrəniblər. Məktəbli dostlarımız  ilk olaraq təhlükəsizlik qaydaları ilə tanış olublar.

Yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna görə də unutmaq olmaz ki, yalnız alov deyil, həm də  tüstü olduqca təhlükəlidir.  Yanğın zamanı liftdən istifadə qəti qadağandır, binanı pilləkənlərlə tərk edin. Uşaq otağına yanğın zəngi yerləşdirmək məsləhətdir.  Hər bir evdə yanğınsöndürmə balonunun olması vacibdir. Bu qurğu əlçatan yerdə yerləşdirilməlidir.

Yanğın zamanı döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət etmək lazımdır. Çıxış qapısı alovla kəsilibsə, eyvana çıxıb yanğınsöndürənlərin gəlməsini gözləmək  olar.