Dünyada 100-dən çox jest dili var- Video

16 2020 09:32

İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də ünsiyyət qurmasıdır. Əsas ünsiyyət vasitəsi isə dildir. Bəzi insanların nitqində və eşitməsində problemlər olduğu üçün onlar danışıq dilindən yox jest dilindən istifadə edirlər. Jest dili əl-qol, baş hərəkətləri ilə, işarələrlə  fikri ifadə etməkdir. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəbli dostlarımız jest dili mütəxəssisləri ilə görüşüblər.  Görüşdə onlar jest dilinin əlifbası ilə tanış olub, müxtəlif hərəkətlərin mənasını öyrəniblər.


İşarət dilində daktil əlifbasından istifadə olunur. Daktil eşitmə problemli insanlara aid olan barmaq əlifbasıdır. Hər bir ölkənin özünəməxsus daktil əlifbası var. Dünyada isə 100-dən çox  jest dili var. Lakin beynəlxalq işarət dili yoxdur. Dostlarımız jest dilində təqdim olunan nağıllarla da tanış olublar.


Jest dilini maraqla öyrənən dostlarımız izləyicilərimizə mesaj da göndərdilər.