Uşaqlara mövsümə uyğun və allergik olmayan meyvələr verilməlidir- Video

16 2020 09:34


Uşaqların inkişafında meyvə ilə qidalanmağın rolu böyükdür. Ona görə də gündəlik qida rasionunda meyvələrin yer alması lazımdır. Balacalara mövsümə uyğun və allergik xüsusiyyəti olmayan meyvələr verilməlidir.


Görəsən dostlarımız hansı meyvələri xoşlayırlar?


Yaxşı olar ki, meyvə yeməkdən bir saat əvvəl və yaxud bir saat sonra qəbul edilsin. Məktəb yaşlı uşaqlar gün ərzində 150-200 qram meyvə yeməlidir. Bu da orqanizmin bol vitaminlə təmin olunmasına kömək edir.


Portağal və naringi kimi meyvələr alergiyalı uşaqlara məsləhət görülmür. Həmçinin balacalara geni dəyişdirilmiş, mövsümə uyğun olmayan meyvələr verilməməlidir.


Tərkibi vitamin və mikroelementlərlə zəngin olan meyvələr diş əti, mədə-bağırsaq, ürək, qan-damar, tənəffüs sistemi, immunitetin möhkəmləndirilməsi üçün çox faydalıdır.