Xaçmazlı məktəblilər tullantıdan maraqlı əl işləri hazırlayır- Video

16 2020 09:35


Nazlı və Alina bacıdılar.  Nazlının 11, Alinanın isə 7 yaşı var. İstedadlı dostlarımız tullantı materiallarından maraqlı əl işləri hazırlayırlar.


Nazlı daha çox geyimlər toxuyur. Bununla yanaşı  plastik qablardan, rəngli kağızlardan  müxtəlif aksesuarlar  hazırlayır. O, bir əl işinə 4-5 gün vaxt sərf edir.


Alina  isə rəsm çəkməyi xoşlayır. O, əlvan rənglərdən istifadə edərək cizgi filmi qəhrəmanları və mənzərələr təsvir edir.


Məktəblilər asudə vaxtlarını səmərəli keçirirlər. Onlar öz məşğuliyyətlərindən böyük zövq alırlar.